Azərbaycanda Super Ay göründü

Azərbaycanda Super Ay göründü

Hazırda oxunan: Azərbaycanda Super Ay göründü

83611

Bu gün Super Ay hadisəsi müşahidə olunub. 

Bakı Dövlət Universitetindən (BDU) Bizim.Media-ya verilən xəbərə görə, bu gün həmçinin Ayla əlaqəli iki mühüm astronomik hadisə baş verib: Perigey və Tam Ay.

Perigey Bakı vaxtı ilə saat 13:09-da baş verib. Ay Yerə 357 263 km-ə qədər yaxınlaşıb və Ayın görünən diametri 33 dəqiqə 27 saniyə olub. Tam (Dolu) Ay Bakı vaxtı ilə saat 22:38-də görünüb. 
Super Ay hadisəsini bütün gecə ərzində Azərbaycan ərazisindən müşahidə etmək mümkün olacaq.

Qeyd edək ki, son nəhəng Super Ay 2016-cı il noyabrın 14-də saat 16:54-də baş verib. Bu zaman Aya qədər məsafə 356 511 km olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO