Sabirabadın icra başçısı intihar edən qazinin YASINDA – “Məsələni siyasiləşdirməyə lüzum yoxdur” - VİDEO

Sabirabadın icra başçısı intihar edən qazinin YASINDA – “Məsələni siyasiləşdirməyə lüzum yoxdur” - VİDEO

Hazırda oxunan: Sabirabadın icra başçısı intihar edən qazinin YASINDA – “Məsələni siyasiləşdirməyə lüzum yoxdur” - VİDEO

83424

Bir neçə gün əvvəl Sabirabadda özünü yandıraraq intihara cəhd edən qazi Elvin Cəfərov vəfat edib.

Bizim.Media xəbər verir ki, qazinin yas mərasimi Sabirabadda keçirilir.

Qazinin yas mərasimində Sabirabadaın icra başçısı Siraqəddin Cabbarov da iştirak edib.

Siraqəddin Cabbarov jurnalistlərə açıqlamasında qeyd edib ki, Elvin Cəfərovla rəsmi qaydada dəfələrlə görüşüb:

“Qəbul günləri olmadıqda da, onu qəbul etmişik. İstər bələdiyyə, istrəsə də rayon icra hakimiyyəti tərəfindən nə tələbi olubsa, imkan daxilində həyata keçirilib. Eyni zamanda DOST xidməti vasitəsilə işlə də təmin edilib. Hal-hazırda məsələ hüquq-mühafizə orqanları tərəfindən araşdırılır və hadisənin detalları yalnız bundan sonra məlum olacaq”.

İcra başçısı məsələni siyasiləşdirməyin doğru olmadığını da sözlərinə əlavə edib.

İcra başçısının sözlərinə görə, Elvin Cəfərov Maştağada yerləşən 1 saylı psixoloji dispanserdə qeydiyyatda olub.

İcra başçısının qazi ilə bağlı fikirlərilə videodan daha ətraflı tanış ola bilərsiniz:

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO