Şabran meşəsi YENİDƏN YANIR  

Şabran meşəsi YENİDƏN YANIR  

Hazırda oxunan: Şabran meşəsi YENİDƏN YANIR  

83306

Şabranda yenidən güclü yanğın başlayıb. 

Şabran İH başçısının müavini İlkin Ağayev Bizim.Media-ya açıqlamasında bildirib ki, dünən yanğın qeydə alınan Ağalıq kəndi ərazisində yenidən alov görünüb. 

Yolun həm sağ, həm də sol hissəsində güclü yanğın başlayıb. 

Hazırda ərazidə FHN-nin 4 yanğınsöndürən avtomobili və canlı qüvvəsi alovla mübarizə aparır.

Küləyin güclü olması və isti hava nəticəsində yanğın dünənkindən də çox sürətlə yayılır.

Bundan başqa, Şabranın Qazma kəndində 1 ev və 1 tövlə də yanıb.  

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO