Hal-hazırda Niderlandda mühacirətdə yaşayan tanınmış hüquqşünas Ataxan Əbilov Moderator.az-a göndərdiyi aşağıdakı yazıda və cədvəldə doğulduğu kənddəki təhsilin acınacaqlı vəziyyətini ortaya qoyub:
"Kəndimizdə təhsilin göstəricisi respublikada təhsilin vəziyyətini çox gözəl nümayiş etdirir. Ağlamalı vəziyyətdir. 9 şagirdən ibarət olan XI buraxılış sinifdən yalnız iki şagird ana dilindən müsbət qiymət ala bilib. Təxminən yarısının qiymət aldığı riyaziyyat fənnindən də cəmi iki nəfər 4 qiyməti alıb. Xarici dildən isə demək olar ki, hamının 3 (kafi) alması suallar doğurur.
Bizim dövrümüzlə müqayisə etdikdə məktəbimizin müəllim heyətinin keyfiyyət baxımından daha da güclənməsinə şübhə etmirəm. Amma nəticə faciəvidir. Səbəb gündəlik həyatda təhsilin və təhsilli insanların nufuzunun aşağı düşməsidir. Ölkə mağara qanunlarıla idarə edildikdə heç bir prespektiv vəd etməyən təhsil dalınca kim gedəcək ki?"


































































































