Şabran rayonunda yanan sahənin əhatə dairəsi açıqlanıb.
Ötən gün Şabranın Ağalıq kəndində baş verən və 10 saat davam edən yanğın 65 hektar sahəni əhatə edib.
Şabran İH-dən Bizim.Media-ya verilən məlumata görə, həmin sahədən 15 hektarı meşə massivi, 50 hektarı isə örüş və əhalinin pay torpağı sahəsidir.
Yanğın zamanı FHN-nin Şabran Dövlət Yanğından Mühafizə Hissəsinin 1 əməkdaşı tüstüdən zəhərlənib.
MÖVZU İLƏ BAĞLI:
Şabranda 10 saat davam edən yanğın tam söndürülüb - RƏSMİ
Şabran rayon Mərkəzi Xəstəxanasında ilk tibbi yardımdan sonra o, evə buraxılıb. Yanğın yerində alov tam söndürülsə də, tüstülənmə davam edir.
Bu səbəbdən 2 yanğınsöndürən avtomobil və işçi qüvvəsi növbə çəkməkdə davam edir. Yanğının baş vermə səbəbi araşdırılır.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu