Şabranın Ağalıq kəndi ərazisində baş verən yanğının qarşısı təxminən 70 faiz alınıb. Hazırda yanğın ocağında 3 yanğınsöndürən avtomobil qalan sahənin söndürülməsi ilə məşğuldur.
Şabran RİH başçısının müavini İlkin Ağayevin Bizim.Media-ya verdiyi məlumata görə, ilkin olaraq 70 hektara yaxın sahə yanıb.
MÖVZU İLƏ BAĞLI:
Şabrandakı yanğına qonşu rayonlardan yanğınsöndürən avtomobili cəlb edildi
Onlardan 50 hektara yaxını sakunlərin pay torpağı və örüş yeri, digəri meşə massividir. Ümumilikdə, nə qədər meşə sahəsinin yandığı dəqiqləşdirilir.
Yanğına ilkin olaraq səbəb olaraq elektrik xəttindən baş verdiyi deyilsə də bu araşdırmalardan sonra tam məlum olacaq.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu