DYP-dən sürücülərə MÜRACİƏT: “Bu ərazidə avtomobil saxlamayın”

DYP-dən sürücülərə MÜRACİƏT: “Bu ərazidə avtomobil saxlamayın”

Hazırda oxunan: DYP-dən sürücülərə MÜRACİƏT: “Bu ərazidə avtomobil saxlamayın”

83189

Qurban bayramı ilə əlaqədar nəzərdə tutulmuş istirahət günlərində, eləcə də havaların isti keçməsi ilə əlaqədar vətəndaşlara yol hərəkəti qaydalarına ciddi riayət etmələrini bir daha tövsiyə edirik.

Bizim.Media xəbər verir ki, bu barədə APA-ya açıqlamasında Bakı Şəhər DYP-nin baş inspektoru polis mayoru Araz Əsgərli məlumat verib.

O bildirib ki, xüsusilə dəniz kənarında istirahət edən şəxslərin yolun hərəkət istiqamətində avtomobil saxlamasınlar:
 

MÖVZU İLƏ BAĞLI:

Sabah bu avtomobil yolunda hərəkət qismən məhdudlaşdırılacaq


"Xüsusilə sürət həddi yüksək olan yollarda - Binəqədi, Sabunçu, Suraxanı, Qaradağ, Xəzər, Səbail və Abşeron rayonların ərazisində yol kənarında ümumi istifadədə olan yollarda maneələr yaratmasınlar. Hər hansı istehlak ehtiyaclarını ödəmək məqsədilə yol kənarında yerləşən iaşə obyektlərinin, ticarət müəssisələrinin kənarında dayanma-durma qaydalarının tələblərini pozmamağa çağırırıq. Bu cür davranışlar digər hərəkət iştirakçılarının haqlı narazılığına səbəb olur. Hər kəsə qaydalara düzgün riayət etməli olduqlarını bir daha xatırlatmaq istəyirik".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO