Bakıda hündürmərtəbəli binada YANĞIN - VİDEO

Bakıda hündürmərtəbəli binada YANĞIN - VİDEO

Hazırda oxunan: Bakıda hündürmərtəbəli binada YANĞIN - VİDEO

83125

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsində yerləşən hündürmərtəbəli yaşayış binalarından birində yanğın olması barədə məlumat daxil olub.

Nazirlikdən Bizim.Media-ya bildirilib ki, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

İlkin məlumata əsasən, binanın şaxtasından keçən elektrik kabelləri yanıb. Həyata keçirilən çevik və operativ tədbirlər nəticəsində yanğın qısa müddətdə məhdudlaşdırılaraq söndürülüb.
Əlavə məlumat veriləcək.

Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO