Bakıda ağır qəza - 2 avtomobil toqquşub, 7 yaralı

Bakıda ağır qəza - 2 avtomobil toqquşub, 7 yaralı

Hazırda oxunan: Bakıda ağır qəza - 2 avtomobil toqquşub, 7 yaralı

83028

Bakı Dairəvi şossesində ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Bizim.Media xəbər verir ki, hadisə magistral şossenin Yasamal rayonu ərazisinə düşən hissəsində qeydə alınıb.

“Toyota Prius” markalı avtomobili idarə edən Məmmədov Ramin Nofəl oğlu magistral yolda qəfil dayınıb. Bu zaman eyni istiqamətdə hərəkətdə olan “Opel” markalı avtomobilin sürücüsü 2002-ci il təvəllüdlü Cahangirli Nüsrət Şükrət oğlu qəfil dayanan avtomobilə çırpılıb.

N.Cahangirli sükana nəzarəti itirərək əvvəlcə “Toyota”-ya daha sonra beton yolayrıcına çırpılıb.

Qəza nəticəsində sürücülər Nüsrət Cahangirli, Ramin Məmmədov, sərnişinlər - 2004-cü il təvəllüdlü Platov Rəşad Bəxtiyar oğlu, 1966-ci il təvəllüdlü Dadaşov Caməllədin və onun həyat yoldaşı 1971-ci il təvəllüdlü Dadaşova Samirə ağır bədən xəsarətləri alıb.

Bundan başqa digər iki sərnişin də xəsarət alıb. Ağır xəsarət alan beş yaralı 1 nömrəli şəhər xəstəxanasına yerləşdirilib. Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsi tərəfindən araşdırma aparılır.
Avtotexniki ekspertiza təyin edilib.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO