Dövlət Sərhəd Xidməti (DSX) Heydər Əliyev Beynəlxalq Hava Limanında müşahidə olunan sıxlığa münasibət bildirib.
Bizim.Media DSX-ya istinadən xəbər verir ki, bu gün 16:15 radələrində pasport nəzarət sistemində problem yaranıb və vətəndaşların dövlət sərhədindən buraxılmasında ləngimələr olub.
Aparılan işlər nəticəsində sistemdə olan problem 16:50 radələrində aradan qaldırılıb. Hazırda vətəndaşların ölkədən buraxılmasında heç bir problem yoxdur.
***
Heydər Əliyev adına Beynəlxalq Hava Limanında pasport nəzarəti xidmətində yaranan problem sıxlığa səbəb olub.
Bizim.Media xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb.
Məlumata görə, sıxlıq Dövlət Sərhəd Xidmətinin (DSX) sistemində yaranan problemlə bağlı olub. DSX-nin yoxlama məntəqələri gələn şəxslərlə bağlı məlumatları elektron sistemə daxil edə bilmədiyindən insanlar gözləməli olub. Bu isə pasport yoxlama məntəqəsinin önündə növbə yaradıb.
Hazırda problem aradan qaldırılıb və sərnişinlər növbəli şəkildə yoxlanış məntəqəsindən buraxılır.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
18:23 / 08.07.2022
Bakı aeroportunda sıxlıq: Sistemdə problem yarandı - YENİLƏNİB/VİDEO
Hazırda oxunan: Bakı aeroportunda sıxlıq: Sistemdə problem yarandı - YENİLƏNİB/VİDEO
Hazırda oxunan: Bakı aeroportunda sıxlıq: Sistemdə problem yarandı - YENİLƏNİB/VİDEO
82988
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.