Güzəştli mənzillərin seçiminə müdaxilə üçün xüsusi proqram hazırlanıb - MİDA

Güzəştli mənzillərin seçiminə müdaxilə üçün xüsusi proqram hazırlanıb - MİDA

Hazırda oxunan: Güzəştli mənzillərin seçiminə müdaxilə üçün xüsusi proqram hazırlanıb - MİDA

82966

"30 mart 2022-ci il tarixində Yasamal Yaşayış Kompleksində yerləşən 442 mənzilin seçim prosesi baş tutandan sonra müəyyən şübhəli hallar müəyyən edilib”. 

Bizim.Media xəbər verir ki, bunu Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) təşkil etdiyi mətbuat konfransında MİDA-nın Aparat rəhbəri Fərman Qurbanlı deyib. 

O bildirib ki, MİDA buna görə Dövlət Təhlükəsizliyi Xidmətinə müraciət edib. Apa.az-ın məlumatına görə, qeyd olunub ki, müdaxilələr nəticəsində bərabər seçim şərtləri pozulub və buna görə də satış prosesinin bütün nəticələri ləğv edilib. 
 

MÖVZU İLƏ BAĞLI:

442 mənzilin satışı yenidən həyata keçiriləcək


Aparat rəhbərinin sözlərinə görə, mənzillərin seçimi barədə elan satış tarixindən ən azı 30 gün əvvəl verilir.

Hər elandan sonra, təxminən 1 ay müddətində güzəştli mənzilin DEMO versiyası elektron kabinetə sahib olan şəxslərə verilir: 

“Burada məqsəd iştirak etmiş şəxslərin sistemdən istifadəni təkmilləşdirilməsi ilə bağlıdır. Satış elektron qaydada həyata keçirilir. Mənzil seçimi prosesi cəmi iki mərhələdən ibarətdir. Lakin güzəştli mənzil sisteminin bəzi istifadəçiləri tərəfindən bu sistemi daha sürətli etmək üçün müəyyən şəxslərə xüsusi proqram təminatları hazırladılıb. 30 martda keçirilən seçimlərdə də bu proqram təminatlarından istifadə edilib”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO