Öncə arvadını öldürdü, sonra qaynı və qayınanasını yaraladı – Qanlı olayın TƏFƏRRÜATI 

Öncə arvadını öldürdü, sonra qaynı və qayınanasını yaraladı – Qanlı olayın TƏFƏRRÜATI 

Hazırda oxunan: Öncə arvadını öldürdü, sonra qaynı və qayınanasını yaraladı – Qanlı olayın TƏFƏRRÜATI 

82952

Bakının Xətai rayonunda arvadını öldürməkdə, qaynı və qayınatasını yaralamaqda ittiham olunan Bəxtiyar Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Bizim.Media xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham aktını elan edib.

İttihama görə, bu il fevralın 25-də Xətai rayonu ərazisində 1 nəfər şəxsin aldığı xəsarətlərdən ölməsi, 2 nəfər şəxsin isə xəsarətlər alması barədə rayon prokurorluğuna məlumat daxil olub.
 

MÖVZU İLƏ BAĞLI:

Bakıda qayınata və qayınanasını yandıran kürəkənə 20 il iş istənildi – Qalmaqallı MƏHKƏMƏ  


Müəyyən edilib ki, Bəxtiyar Məmmədov şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı yaşadıqları evdə arvadı Ülkər Məmmədova, qaynı Heydər Hacıyev və qayınanası Fəridə Hacıyevaya bıçaqla xəsarətlər yetirib.

Nəticədə Ülkər Məmmədova aldığı bədən xəsarətləri səbəbindən hadisə yerində ölüb.

Məlum olub ki, Bəxtiyar Məmmədov tüfeyli həyat tərzi keçirib, çörək pulu qazanmayıb. Buna görə də arvadı onunla mübahisə edib. Mübahisə zamanı Bəxtiyar arvadını döyüb. Ülkər anası və qardaşını köməyə çağırıb. Heydər və Fəridə həmin evə gəlib. Onlar Bəxtiyardan mənzili tərk etməsini tələb ediblər. Mübahisə zamanı qanlı cinayət baş verib.
Məhkəmədə ifadə verən Bəxtiyar Məmmədov ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib.

O bildirib ki, arvadını öldürmək niyyəti olmayıb: "Hadisənin baş verməsində özümü günahkar sayıram. Orada yazılanların çoxu yalandır".

Zərərçəkmiş Heydər Hacıyev bildirib ki, prokurorluq tərəfindən verilən ittiham düzgündür:

"Hadisə günü işdən evə gəlmişdim. Böyük bacımın qızı mənə zəng etdi. Bildirdi ki, Ülkər əri ilə mübahisə edib, evdən çıxaraq küçədə oturub, əri onu öldürəcəyi ilə hədələyib. Əvvəlcə onların ailə işinə qarışmaq istəmədim. Amma sonradan anamla birlikdə 34-cü polis bölməsinə getdik.

Sahə müvəkkili ilə əlaqə saxladım. O məzuniyyətdə olduğunu bildirdi. Mənə başqa bir polis işçisinin nömrəsini verdi. Onunla əlaqə saxladım. Həmin polis işçisi bildirdi ki, 26 fevral Xocalı soyqırımı ilə bağlı tədbir var. Mənə belə hadisələrin olduğunu dedi. Bizə 27-yə şikayət etməyi məsləhət bildi".

Zərərçəkmiş deyib ki, sonra bacısının evinə gəlib və Bəxtiyar Məmmədovla danışıb. Onların evdə olan mübahisələrinə aydınlıq gətirilməsi üçün söhbət etdik. Bəxtiyara rayona getməyi, sakitlik yaranandan sonra gəlməsini məsləhət gördüm. Amma Bəxtiyar getmədi.

Sonra Ülkərə dedim ki, durun gedək, burada nəsə hadisə baş verəcək. Bu zaman Bəxtiyar məni bıçaqla vurdu. Bacım və anam Bəxtiyara dedilər ki, nə iş gördün və mənə kömək etmək istədilər. Bəxtiyar onları da vurdu".
Zərərçəkmiş deyib ki, hadisədən üç gün sonra bacısının öldüyünü bilib.

Heydər Hacıyev bildirib ki, Bəxtiyarın anasının vurmasını görüb, amma anasını hansı şəraitdə vurduğunu görməyib:

"Mən Bəxtiyara müqavimət göstərməmişəm. 14 il idmanla məşğul olmuşam. Lazım olsaydı, ona müqavimət də göstərərdim, qarşılıqlı dava da edə bilərdim".

Heydər Hacıyev bildirib ki, bacısının ailəsində maddi cəhətdən mübahisələri olub:

"Amma bu barədə bizə heç bir söz deməyib. Əvvəllər dava-dalaşla polis orqanlarına şikayət etməyib. Hadisə günü polisə şikayət etmişik. Şikayətimizə həmin gün baxmayan polis işçisi Xətai rayon Prokurorluğunda dindirilib, izahatı alınıb. Bununla bağlı Daxili İşlər Nazirliyinə təqdimat da verilib. Biz də həmin polis işçisinin cəzalandırılması üçün Daxili İşlər Nazirliyinə müraciət etmişik".

Digər zərərçəkmiş Fəridə Hacıyevanın sözlərinə görə, 52 il təhsil sahəsində müəllim işləyib, bunun da mükafatını alıb. O qeyd edib ki, qızı Ülkərin ailəsində ailə münaqişəsində mübahisələri olub:

"Biz burada çox şeyi demirik. Qızımın qızıllarını oğurlayıb, lombarda qoyub, özünə pul götürüb. Sonradan biz həmin qızılları lombarddan götürdük. Nəvəmə telefon almışıq, onu da aparıb satıb. Bəxtiyar evdən qızı Leylanı oğurluq etməyə məcbur edib. Nəvəm atasının sözünə qulaq asmayıb, atasının hərəkətlərini deyib. Qızım Ülkər mənə bir söz deməyib ki, şəkər xəstəsiyəm, eşidirəm, komaya düşərəm".

Zərərçəkmiş Elnar Hacıyev Azərbaycan Pedaqoji Universitetində müəllim işlədiyini bildirib. Onun sözlərinə görə, hadisə barədə ona qızı məlumat verib:

"Mənə məlumat verildi ki, oğlun Baku Medical Plazaya, yoldaşın 3 nömrəli şəhər xəstəxanasına gətirilib. Qızımı soruşduqda susdular. Oğlumun yanına gedəndə isə dedi ki, məndən narahat olma, get bacımla anamın yanına. Yoldaşımın yanına gedəndə qızımı soruşduqda onun öldüyünü dedilər.
Çox təəssüflər olsun ki, qızım bu adamla ailə quranda bilmirdik ki, onun bir neçə dəfə məhkumluğu olub. Nə qədər borcları üstümüzə yığdı. Məcbur olub biz ödədik. Qızımın qızıllarını lombarda qoyub narkotikaya sərf edib. Narkomanlara qoşulmuşdu. Məhkəmədən ona ən ağır cəza verilməsini xahiş edirəm".

Qeyd edək ki, proses iyulun 22-də davam edəcək.

Eldar Məmmədli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO