Azərbaycanda 3 yeni radio açılacaq - MÜSABİQƏ ELAN EDİLDİ

Azərbaycanda 3 yeni radio açılacaq - MÜSABİQƏ ELAN EDİLDİ

Hazırda oxunan: Azərbaycanda 3 yeni radio açılacaq - MÜSABİQƏ ELAN EDİLDİ

82821

Bu gün Audiovizual Şura növbəti iclasını keçirib.

Şuradan Bizim.Media-ya verilən xəbərə görə, iclasda radio yayımı üçün yararlı olan, boş radiotezliklərin istifadəsi məsələsinə baxılıb.

Bildirilib ki, “Media haqqında” Azərbaycan Respublikası Qanununun 35.1-ci maddəsinun tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Dövlət Radiotezliklər İdarəsi ölkə üzrə mövcud olan radio-televiziya yayım stansiyalarından radio yayımın həyata keçirilməsi üçün istifadəyə yararlı radiotezliklərin siyahısını Şuraya təqdim edib.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda televiziya və radioda çalışanların sayı açıqlandı


Alınan bu məlumatlar əsasında Şura aparatının Audiovizual yayıma texniki nəzarət, informasiya texnologiyaları və kommunikasiya şöbəsinin və Dövlət Radiotezliklər İdarəsinin mütəxəssisləri zəruri monitorinqlər həyata keçirib, yoxlamalar aparıblar.

İclasda bununla bağlı Şura üzvlərinə məlumat verilib, yeni ümumölkə yerüstü radio yayımçılarının fəaliyyətinin mümkünlüyü qənaətinə gəlinib. 

Aparılan müzakirələrdən sonra yayım üçün yararlı radiotezlik resurslarından səmərəli istifadə olunmasını təmin etmək, ümumölkə miqyasında radio yayımında müxtəlifliyin inkişafına nail olmaq məqsədilə 3 yeni ümumölkə yerüstü radio yayımçısı lisenziyasının alınması üçün “Media haqqında” Azərbaycan Respublikası Qanununun 29.1-ci, 50.1.3-cü və 51.1-ci maddələrinin tələblərinə uyğun olaraq ayrı-ayrı müsabiqələrin elan edilməsi barədə qərarlar qəbul edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO