YUVENAL CİNAYƏT nə deməkdir? – Hüquqi İZAH

YUVENAL CİNAYƏT nə deməkdir? – Hüquqi İZAH

Hazırda oxunan: YUVENAL CİNAYƏT nə deməkdir? – Hüquqi İZAH

82819

Yuvenal cinayətkarlıq yetkinlik yaşına çatmayan fərdlərin cinayətin törədilməsində iştirak etməsi kimi qiymətləndirilir.Törədilən hüquq pozuntusunun növündən və ictimai təhlükəliliyindən asılı olaraq, 18 yaşınadək şəxslərin yetkinlik yaşına çatmış şəxslər kimi ittiham edilməsi mümkündür.

Uşaq və yeniyetmələrin hakim qarşısında soğulanması nə dərəcədə etikdir və bu məsələnin hüquqi, psixoloji tərəfləri nədir?

Hüquqşünas Leyla Bədəlova Bizim.Media-a “Yuvenal Məhkəmə” anlayışını açıqlayıb.

“Yuvenal məhkəmə, yetkinlik yaşına çatmayan şəxslər cinayət törədərkən onlar barəsində qərar qəbul etmək səlahiyyəti olan məhkəmədir.  Şərt deyil ki, bunun üçün ayrıca məhkəmə binası olsun. Yetkinlik yaşına çatmayan şəxslərin mühakimə edilməsi yuvenal ədliyyədir”.
Uşaqların məhkəmə qarşısında mühakimə olunması qanuna zidd deyildir.

“Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə, əsasən, 14 yaşına çatmış (bəzi cinayətlərə görə 16 yaşına çatmış), yəni yetkinlik yaşına çatmayan şəxslər cinayətin subyekti hesab olunur. Yəni, 14 yaşında (bəzi cinayətlərə görə 16) cinayət törətməkdə şübhəli bilinən bir uşaq mühakimə edilir və bunda qeyri-qanuni yaxud hüquqa zidd heç bir şey yoxdur”.

Ekspert qeyd edir ki, 14 yaşı tamam olmamış yetkinlik yaşına çatmayanın əqdləri, o cümlədən müstəqil bağladığı əqdlər üzrə əmlak məsuliyyətini onun valideynləri, övladlığa götürənlər və ya qəyyum daşıyır, bu şərtlə ki, həmin şəxslər öhdəliyin onların təqsiri üzündən pozulmadığını sübuta yetirməsinlər.

“Qanuna uyğun olaraq bu şəxslər azyaşlıların vurduqları ziyan üçün də cavabdehdirlər. 14 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanlar qanunla bağlamaq səlahiyyəti olan əqdlər üzrə müstəqil surətdə əmlak məsuliyyəti daşıyırlar. 14 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanlar vurduqları ziyana görə qanuna uyğun məsuliyyət daşıyırlar”.

Ekspert vurğulayıb ki, yuvenal ədliyyə sistemi ilə bağlı bir sıra boşluqlarda vardır. Yuvenal məhkəmələrin gedişində yetkinlik yaşına çatmayan hər bir fərdə həm psixoloji, həm də pedaqoji yardım göstərilməlidir.

Uşaq və yeniyetmənin cinayətlə əlaqəsi sosial bir sahə olduğundan, dərindən araşdırılmalı, psixo-sosial müdaxilə edilməlidir. Araşdırmaya erkən müdaxilə modeli kimi cinayətlərin qarşısının alınması və azaldılması, həmçinin təhsil – məktəb əsaslı profilaktik tədbirlər misal göstərilə bilər.
“Hal-hazırda məktəblərin böyük risk qrupu daxilində olduğunu desək, yanılmarıq. Cəmiyyətin kriminal və qaranlıq üzü ilə uşaqlıqdan tanış olmuş şəxslərin sağlam fərd kimi yenidən həyata qaytarılması və kənar təsirlərdən qorunması üçün məktəb rəhbərləyi xüsusi xidməti komandalar qurmalı və bunu psixo-sosial xidmət kimi genişləndirilməlidir. Məktəb və digər təhsil ocaqlarında sosial işçilərin məşğulluq səviyyəsi yüksəldilməlidir”.

Mia Quliyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO