İstehlakçıların yüksək internet sürətinə artan tələbatı və texnoloji tələblər nəzərə alınaraq “Bakı Telefon Rabitəsi” MMC (Baktelecom) 4 mbit/s və 10 mbit/s tariflərini ləğv edəcək.
Şirkətdən Bizim.Media-ya verilən məlumata görə, abunəçilərin daha sürətli internetə keçidini təmin etmək məqsədilə GPON (Giqabit Passiv Optik Şəbəkə) 4 mbit/s və 10 mbit/s tariflərinin istifadəçiləri 6 avqust tarixindən müvafiq olaraq 15 mbit/s və 30 mbit/s tarif paketinə köçürüləcək.
Qeyd olunur ki, 4 mbit/s və 10 mbit/s-lik xidmətindən 15 mbit/s və 30 mbit/s paketinə keçid alan müştərilərin gələcəkdə daha sürətli internet paketlərinə keçidi üçün təklif olunan yüksək sürətli tariflərdən birini seçmək imkanı da var.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
13:23 / 07.07.2022
Bakıda internetin sürəti artırılır
Hazırda oxunan: Bakıda internetin sürəti artırılır
Hazırda oxunan: Bakıda internetin sürəti artırılır
82753
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.