Ermənilərdən sonra farslar da Azərbaycan musiqi alətlərini mənimsəməyə başlayıblar.
Moderator.az-a daxil olan məlumata görə, farslar kamançanın farsların milli musiqi aləti kimi YUNESKO-dan qeydiyyatdan keçirməyə çalışırlar və bununla bağlı artıq müvafiq sənədləri təşkilatın adiyyatı qurumlarına təqdim ediblər.
İRNA-nın yaydığı məlumata görə, onlar bu məsələdə bir az tələsməlidirlər. Çünki Azərbaycan tərəfinin təşəbbüsü ilə artıq tar Azərbaycan milli musiqi aləti kimi qeydiyyatdan keçirilib. Baxmayaraq ki, tar da fars musiqi alətidir.
Məsələ ilə bağlı Moderator.az musiqişünasların mövqeyini öyrənməyə çalışıb və müsahiblər bu musiqi alətinin farslara heç bir aidiyyatının olmamasını izah ediblər.
Musiqişünas Səadət Abdullayeva Moderator.az-a açıqlamasında deyib ki, kamança heç bir zaman fars musiqi aləti olmayıb:
“Kamança hələ 16-cı əsrdən başlayaraq geniş tətbiq olunmağa başlayıb. O zamanlar kamança 6 və 5 simli olub və Azərbaycanda geniş istifadə edilib. Getdikcə bu musiqi aləti 20-ci əsrdə təkmilləşərək 4 simli olub. Ona görə də birmənalı olaraq deyə bilərəm ki, bu ancaq Azərbaycana məxsus musiqi alətidir və kimsənin bu musiqi alətinin adını mənimsəməsinə lüzum yoxdur. Heç o zamanlar farslarda kamança olmayıb. Mən onların kamandan istifadə etməsinin şahidi olmamışam. Bildiyiniz kimi onlar tardan istifadə ediblər, ancaq bu tar da fərqli olub. Onlar tarı diz üstə qoyub çalıblar.”x9d
Musiqişünas Cəmilə Həsənova da bildirdi ki, kamança Azərbaycanın milli musiqi alətidir və artıq bütün dünya tar-kaman və qavalı Azərbaycanın milli musiqi simvolu kimi qəbul edir:
“Bu alət haradan farsların milli musiqi aləti oldu, bilmirəm? Düzdür, mən alətşünas deyiləm, buna onlar daha yaxşı cavab verə bilərdilər. Ancaq onu deyə bilərəm ki, hər bir musiqi alətinin yayılma arealı və tətbiqi sahəsi var. Kamança da Azərbaycanda milli, xalq musqilərinin istifadəsində, eyni zamanda muğamda daha çox istifadə olunur. Bütün dünya bilir ki, Azərbaycan muğamını tar - kamançasız təsəvvür etmək mümkün deyil. Əgər farslar bu musiqi alətini özlərinki hesab edirlərsə, bu düzgün deyil.”x9d
Musiqişünas onu da əlavə etdi ki, İranda farsların istifadə etdiyi Şiraz tarı var və onlar ondan daha çox istifadə edirlər.”x9dAzərbaycan tarı ondan fəqrlidir. Kamança da eyni qayda da... Ola bilsin bizim kamançaya bənzər hansısa musiqi aləti olsun. Amma o kamança deyil. Məsələn, Türkiyədə də kamança var. O çox fərqli bir musiqi alətidir”x9d,- deyə C. Həsənova qeyd edib.





























































































