Xəbər verildiyi kimi, 10 oktyabr 2012-ci il tarixdə Axundov Cəfər Məmmədmehti oğlunun avtomobildə meyitinin aşkar edilməsi faktına dair cinayət işinin ibtidai istintaqı Baş Prokurorluğun İstintaq idarəsində tamamlanıb.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Baş Prokurorluğun Mətbuat Xidməti yayıb.
İstintaq-əməliyyat tədbirləri ilə müəyyən edilib ki, Şirinov Zöhrab Şirin oğlu 10 oktyabr 2012-ci il tarixdə tanışı Cəfər Axundovun narkotik sərxoşluğu vəziyyətinə düşməklə müqavimət göstərmək imkanından məhrum olunduğunu görüb.
Aralarında əvvəllər şəxsi münasibətlər zəminində baş verən mübahisəni bəhanə edib onun qarın və sinə nahiyələrinə təpiklə zərbələr vuraraq öldürüb.
Daha sonra törətdiyi cinayəti gizlətmək və öz əcəli ilə ölməsi görüntüsünü yaratmaq məqsədilə Cəfər Axundovun meyitini avtomobilin arxa oturacağına qoyub və Yasamal rayonu, “Qurd qapısı” adlanan ərazinin yaxınlığında yerləşən qəbiristanlığa aparıb. Cibinə şpris və içərisində narkotik vasitə izləri olan şüşə dərman qabını yerləşdirməklə oradan uzaqlaşıb.
Zöhrab Şirinova Cinayət Məcəlləsinin 120.2.2 (xuliqanlıq niyyəti ilə adam öldürmə) və 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddələri ilə ittiham elan edilib.
Hazırda cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:27 / 06.07.2022
Bakıda narkotik çəkən tanışını öldürən şəxsin istintaqı tamamlandı
Hazırda oxunan: Bakıda narkotik çəkən tanışını öldürən şəxsin istintaqı tamamlandı
Hazırda oxunan: Bakıda narkotik çəkən tanışını öldürən şəxsin istintaqı tamamlandı
82543
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.