Kibertəhlükəsizlik proseslərinə dair tələblər müəyyənləşəcək

Kibertəhlükəsizlik proseslərinə dair tələblər müəyyənləşəcək

Hazırda oxunan: Kibertəhlükəsizlik proseslərinə dair tələblər müəyyənləşəcək

82408

Kibertəhlükəsizlik proseslərinə dair tələblər müəyyənləşəcək. 

Bizim.Media xəbər verir ki, bu, Prezident İlham Əliyevin “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanunun tətbiqi haqqında imzaladığı fərmanda əksini tapıb. 

Fərmana əsasən, Nazirlər Kabineti 3 ay müddətində Azərbaycan Respublikasında kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydalarını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiqləməlidir. 

Fərmana əsasən, bu qaydalarda kibertəhlükəsizlik xidməti provayderinin işçi heyəti, texnoloji resursları və proseslərinə dair tələblər və kritik informasiya infrastrukturunun təhlükəsizliyinə dair ümumi tələblər də müəyyən olunmalıdır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO