Füzuli rayonunun Əhmədbəyli kəndi ərazisində Baş Mil kanalında tapılan naməlum kişi meyitinin kimə aid olduğu müəyyənləşib.
Bizim.Media xəbər verir ki, bu, rayonun Böyük Bəhmənli kənd 1 nömrəli orta məktəbin 11-ci sinif şagirdi, 2005-ci il təvəllüdlü Süleymanov Zaur Elşən oğludur.
MÖVZU İLƏ BAĞLI:
Füzulidə kanalda kişi meyiti aşkarlandı
Məlumata görə, Zaur, iyunun 13-də, “Son zəng”dən bir gün öncə yoxa çıxıb. Ötən gün isə onun nəşini sözügedən kanalda suyun üzərində görüblər. Bundan sonra aidiyyəti üzrə məlumat verilib. Zaurun nəşi sudan çıxarılan zaman onun telefonu da üzərində olub.
Qeyd edək ki, Zaur Süleymanovun intihar etdiyi ehtimal olunur. “Qafqazinfo”nun məlumatına görə, o, ali məktəbə qəbul olmaq üçün sənədlərini təqdim etmişdi.
Bizim.Media