Baş Prokurorluğun Mətbuat xidməti Bakıda liftin qırılması ilə bağlı məlumat yayıb.
Qurumdan Bizim.Media-ya verilən məlumata görə, iyulun 4-də paytaxtın Nərimanov rayonu Həsənoğlu küçəsi ev 6 ünvanında yerləşən hündürmərtəbəli binanın liftində texniki nasazlıq səbəbindən əyləcin tutmamasına görə liftin qəflətən bir mərtəbədən sürətlə digər mərtəbəyə düşməsi nəticəsində 1974-cü il təvəllüdlü Zəhra Məmmədovanın ayağından xəsarət alaraq xəstəxanaya yerləşdirilməsi müəyyən edilib.
MÖVZU İLƏ BAĞLI:
Bakıda yaşayış binasında lift qırıldı - YARALI VAR/VİDEO
Hazırda faktla bağlı Nərimanov rayon prokurorluğunda araşdırma aparılır.
Bizim.Media