Qadın 7 yaşlı övladının gözü qarşısında atası və qardaşı tərəfindən DÖYÜLDÜ

Qadın 7 yaşlı övladının gözü qarşısında atası və qardaşı tərəfindən DÖYÜLDÜ

Hazırda oxunan: Qadın 7 yaşlı övladının gözü qarşısında atası və qardaşı tərəfindən DÖYÜLDÜ

82218

“Azərbaycanda iki qadın fiziki zorakılığa məruz qalıb”.  

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə məlumat verib. 

Onun sözlərinə görə, qadının biri içki düşkünü olan olan atası və qardaşı tərəfindən 7 yaşlı övladının gözü qarşısında döyülüb:  

“37-ci polis bölməsi tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin Sosial Sığınacağına yerləşdirilənədək müvəqqəti Azərbaycan Uşaqlar Birliyi-Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzində reabilitasiya keçəcək:  

“Digər qadın da gecə saatlarında əri tərəfindən fiziki zorakılığa məruz qalaraq evdən qovulub. Daxili İşlər Nazirliyi Qaradağ rayonu 10-cu Polis Bölməsində şikayət ərizəsi var, o, ekspertizadan da keçirilib.  
Hazırda mühafizə orderinin alınması üçün qadını Qaradag Rayon İcra Hakimiyyətinə yönləndirmişəm”.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO