Təbii fəlakət Daşkəsən rayonuna nə qədər zərər vurub? – HESABAT

Təbii fəlakət Daşkəsən rayonuna nə qədər zərər vurub? – HESABAT

Hazırda oxunan: Təbii fəlakət Daşkəsən rayonuna nə qədər zərər vurub? – HESABAT

82135

Daşkəsən rayon Fövqəladə Hallar Komissiyası Fövqəladə Hallar Nazirliyi  ilə birgə bu ilin iyun ayının 10-da və 24-də Daşkəsən rayonuna yağmış dolu ilə müşayiət olunan intensiv leysan yağışları nəticəsində dəyən zərəri müəyyənləşdiriblər. 

Bu barədə məlumatı Bizim.Media-nın bürosuna yerli komissiyanın sədr müavini Elmar Əliyev – Vüqarlı verib. 

Onun sözlərinə görə, yerlərdə dəyən ziyanla bağlı baxışlar zamanı müəyyən edilib ki, 4 kənddə ümumilikdə 134 evə ziyan dəyib. Çanaqçı kəndində 29, Alaxançallı kəndində 54, Zinzahal kəndində 19, Almalı kəndində 17, Suqovuşan kəndində 15 evə təbii fəlakət nəticəsində zərər dəyib:

“Komissiya zərər görmüş ərazilərə baxış zamanı müəyyən edib ki, rayon ərazisində təbii fəlakət nəticəsində dəyən ziyanı aradan qaldırmaq üçün 1846 asbest örtük, 32,5 kubmetr taxta, 12,7 ton sement materiallarına ehtiyac vardır. Bundan başqa güclü yağan yağışlar nəticəsində 150 baş xırdabuynuzlu heyvan, 30 başa yaxın iribuynuzlu heyvan tələf olub. 1 ha-dan çox əkin sahəsinə güclü ziyan dəyib”, deyə o, əlavə edib. 

Yerli komissiyanın sədr müavini onu da bildirib ki, sel suları Çanaqçı kəndində 1 körpünü, Alaxançallı kəndində isə 4 körpünü tamamilə dağıdıb, 3 avtomobili kənddən keçən çay sularının axınına salaraq aparıb. 28 kilometr yol yararsız hala düşüb. 

Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO