Əri tərəfindən döyüldüyü iddia edilən və 4 azyaşlı uşağı ilə Sumqayıtda parkda qalması ilə bağlı görüntüləri yayılan qadın barəsində məlumat daxil olan kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin əməkdaşları tərəfində məsələ nəzarətə götürülüb.
Sosial Xidmətlər Agentliyindən Bizim.Media-ya verilən xəbərə görə, artıq onlar Sosial Xidmətlər Agentliyinin müvafiq müəssisəsinə yerləşdirilib.
Agentlik dəstəyə görə Daxili İşlər Nazirliyinin əməkdaşlarına və prosesdə iştirak edən hər kəsə minnətdarlığını bildirir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
14:54 / 03.07.2022
Zorakılıqla üzləşən qadın və uşaqları sığınacağa yerləşdirildi
Hazırda oxunan: Zorakılıqla üzləşən qadın və uşaqları sığınacağa yerləşdirildi
Hazırda oxunan: Zorakılıqla üzləşən qadın və uşaqları sığınacağa yerləşdirildi
82077
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.