DSMF-nin yeni elektron xidməti istifadəyə verildi - VİDEO

DSMF-nin yeni elektron xidməti istifadəyə verildi - VİDEO

Hazırda oxunan: DSMF-nin yeni elektron xidməti istifadəyə verildi - VİDEO

82031

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) yeni e-xidməti istifadəyə verilib.

Bizim.Media quruma istinadən xəbər verir ki, sosial sığorta ödəmələri ilə bağlı müraciətlərin nəticəsini artıq onlayn rejimdə görmək olar.

DSMF-nin əqdim etdiyi yeni elektron xidmət vasitəsilə siz bundan sonra sosial sığorta ödəmələri:

- əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə,

- hamiləliyə və doğuma görə,

- uşağın 3 yaşı tamam olanadək ona qulluq etməyə görə,

- uşağın anadan olmasına görə,

- dəfn xərci kimi nəzərdə tutulan müavinət ilə bağlı müraciətinizə baxılmasının nəticəsini hər hansı bir quruma müraciət etmədən artıq onlayn rejimdə öyrənmək mümkündür.

Bunun üçün:

- e-sosial.az portalında qeydiyyatdan keçmək üçün 5 üsuldan birini seçib portala, ordan isə şəxsi kabinetinizə daxil olursunuz;

- Açılan növbəti səhifədə “Sosial sığorta ödəmələri” bölümünü seçirsiniz.

Bu zaman müraciətinizin nəticəsi olaraq məlumatı - müraciətin qəbul edilmə tarixi, təyin olunan müavinətin növü, məbləği, ödənişə göndərilmə tarixi və s. məlumatları görəcəksiniz.

Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO