Azərbaycanın bu rayonuna göydən DAŞ DÜŞDÜ - FOTO/VİDEO

Azərbaycanın bu rayonuna göydən DAŞ DÜŞDÜ - FOTO/VİDEO

Hazırda oxunan: Azərbaycanın bu rayonuna göydən DAŞ DÜŞDÜ - FOTO/VİDEO

82020

Zaqatala rayonuna yad cisim düşüb.

Bizim.Media xəbər verir ki, bu barədə rayonun Uzuntala kənd sakini Nəriman Nuriyev məlumat verib.

Kənd sakini "Lent.az" saytına bildirib ki, ötən gün saat 16 radələrində Katex çayının kənarında balıq tutarkən havadan qəribə uğultu səsi eşidib. Dərhal sonra isə meşəlik əraziyə nə isə düşüb. Həmin əraziyə gedən Nəriman oradan isti daş parçası tapıb.

N.Nuriyev bu barədə rayonun icra başçısının Uzuntala kəndi üzrə icra nümayəndəsi Sona Xasıyevaya məlumat verib. Nümayəndəlik də öz növbəsində hadisə ilə bağlı rayon rəhbərliyini məlumatlandırıb.

N.Nuriyev meşədə tapdığı yad cismi kənd icra nümayəndəliyinin qarşısına gətirib. Kəndə gələn rayon rəhbərliyi tərəfindən daşa baxış keçirilib. Daşın çəkisi 10 kiloqramdır. 

Düşən yad cisimlə bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO