Gəncə sakini: \

Gəncə sakini: \"Güclü yağış yağanda küçədən keçməyə qayıq lazım olur\" - FOTO/VİDEO

Hazırda oxunan: Gəncə sakini: \"Güclü yağış yağanda küçədən keçməyə qayıq lazım olur\" - FOTO/VİDEO

82011

Gəncədə yağan güclü yağış bir sıra  fəsadlar törədib.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, bu gün axşam saatlarında yağan leysan yağışdan sonra şəhərin bəzi hissələrinə, həmçinin Sadıllı və Məhsəti Gəncəvi qəsəbəsinə sel gəlib. 

Sel suları küçələrdə bir sıra çətinliklər yaradıb, avtomobillərin və piyadaların hərəkətinə təsir edib. 

Sakinlər bildirib ki, güclü yağışlar zamanı bu küçələrdə daim analoji problemlər yaşanır. 

Məhsəti qəsəbəsinin sakini Vüqar Nəbiyevin sözlərinə görə, hər dəfə güclü yağışlar yağanda küçədən keçmək mümkün olmur.

"Yağışlar intensiv olanda küçədə sakinlərin hərəkəti mümkün olmur. Aidiyyatı qurumlara dəfələrlə müraciət etmişik. Yağış suları məhlələrə dolur. Indi də elektrik sayğacı qırılıb düşüb yola. Buradan insanlar keçir. Heç kim bizim şikayətimizə baxmır", - deyə Vüqar Nəbiyev əlavə edib. 

Məlumat üçün bildirək ki, qərb bölgəsində qeyri-sabit hava şəraiti indi də davam edir.

Məqsəd Rəhimov, Bizim.Media - Qərb Bürosu

 



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO