Bakı daha bir beynəlxalq yarışa ev sahibliyi edəcək

Bakı daha bir beynəlxalq yarışa ev sahibliyi edəcək

Hazırda oxunan: Bakı daha bir beynəlxalq yarışa ev sahibliyi edəcək

81985

İyulun 9-da Gənclər və İdman Nazirliyi, Azərbaycan Velosiped Federasiyası və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin təşkilatçılığı ilə “Əziz Şuşa” adlı beynəlxalq velosiped yarışı start götürəcək. 

Bizim.Media Nazirliyin Mətbuat Xidmətinə istinadən xəbər verir ki, turnir iki gün davam edəcək. 

Yarış Nazirlər Kabinetinin təsdiqlədiyi tədbirlər planına əsasən, "Şuşa ili" çərçivəsində təşkil olunacaq. 

10-dək ölkənin velosipedçilərinin mübarizə aparacağı turnir iki mərhələdən ibarətdir. İyulun 9-da keçiriləcək birinci mərhələ Bakı şəhərinin Pirallahı rayonunda “Nərəkənd” parkının yaxınlığında baş tutacaq.

Bu raundda velosipedçilər 21 km məsafədə fərdi ötüşmə növündə mübarizə aparacaqlar. 

İyulun 10-da keçiriləcək ikinci mərhələ isə Füzuli Hava Limanından start götürməklə Şuşa şəhərindəki “Qarabağ” otelinin qarşısına qədər davam edəcək. İdmançılar sonuncu gündə 71 km məsafədə qrup ötüşməsində güclərini sınayacaqlar. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO