Məcburi köçkünlər işğaldan azad edilən ərazilərə gedən zaman onlara Bakıda və ölkənin digər şəhər və rayonlarında dövlət tərəfindən verilən müvəqqəti mənzillər geri qaytrarılmalı, ya da ki, güzəştli ipoteka ilə sənədləşdirilməlidir.
Bunu Bizim.Media-ya əmlak üzrə ekspert, hüquq müdafiəçisi Sahib Məmmədov məcburi köçkünlərin mənzil hüquqlarının qorunmasından danışarkən söyləyib.
MÖVZU İLƏ BAĞLI:
Geri dönmək istəməyən köçkünlərə verilən evlər geri alınacaq? - DEPUTATIN CAVABI
Prezidentin bununla bağlı tapşırığı da var. Amma öz əvvəlki yaşadığı yerə getmək istəməyənlər indi məcburi köçkün statusunu itirəcəklər. Bu halda dövlətin onlara müvvəqəti verdiyi yaşayış yerini də dövlətə qaytarmalıdırlar. Dövlət bununla bağlı başqa qərar da qəbul edə bilər. Məsələn, başqa mənzili olmayan vətəndaşlar həmin evi güzəşli ipoteka şərtləri ilə ala bilərlər
Müsahibimiz vurğuladı ki, mən burada olduğum mənzili saxlayım, həm də orada dövlət mənə ev versin bu ola bilməz:
“Onlara verilən mənzillər dövlətin mənzil fonduna daxildir, müvvəqəti olaraq verilib. Əvvəlcə qaydacaq əhali müəyyən olunmalıdır. Ölkənin başqa yerində şəxsi mənzili, evi olmayanlar üçün yeni evlərin tikilməsi, həyatyanı infrastrukturun yaradılması dövlət tərəfindən olacaqsa və köçürmə xərclərinə qədər dövlət edəcəksə bu zaman hüquqi öhdəlik yaranmalıdır".
"Yəni ola bilər, həmin evlər mülkiyyətə daha sonra verilsin. Amma onların üzərində hüquqların həyata keçirilməsinə (satmaq bağışlamaq və s. yalnız vərəsəliklə keçmək hüququ ola bilər) məhdudiyyət qoyulsun".
S.Məmmədov əlavə etdi ki, başqa yerlərdə özlərinə ev-eşik quranlar əvvəl onlara məxsus olan torpaq sahəsində daimi yaşamaq istəməslər, amma yurdlarını bərpa etmək istəsələr, bu halda onlara belə şərait razılaşdırlmış plan və öz xərcləri əsasında yaradıla bilər:
“Həmin ərazilərə yeni köçmək istəyənlərə məsələn, müəllim, həkim, dövlət qulluqçusu kimi çalşmaq üçün gedənlərə güzəştlər nəzərdə tutula bilər. Fikrimcə, bütün hallarda dövlət vəsaiti ilə köçürüləcək, yəni evin tikilməsi də daxil bütün xərclər dövlət tərəfindən çəkildiyi halda ailələrlə dövlət arasında qarşılıqlı öhdəliklərə dair müqavilə bağlanmalıdır. Əks halda, problemlər ortaya çıxa bilər".
Gülşanə Mustafayeva, Bizim.Media