Seldən sonra bərpa işləri görülməyən Alaxançallı sakinləri narazıdır - FOTO

Seldən sonra bərpa işləri görülməyən Alaxançallı sakinləri narazıdır - FOTO

Hazırda oxunan: Seldən sonra bərpa işləri görülməyən Alaxançallı sakinləri narazıdır - FOTO

81748

Bu ilin iyun ayının 10-nu və 24-də Daşkəsən rayonuna yağmış dolu ilə müşayiət olunan intensiv leysan yağışları nəticəsində güclü sel suları rayonun Çanaqçı, Alaxançallı, Suqovuşan və Almalı kəndlərində yol, elektrik, rabitə təsərrüfatlarına, körpülərə, yaşayış evlərinə, evlərin dam örtüklərinə, avtomobillərə, əhalinin əkin sahələrinə və yaylaqlarda vətəndaşların mal-qarasına ciddi ziyan vurub, bir sıra fəsadlar törədib. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, sel suları Çanaqçı kəndində 1, Alaxançallı kəndində isə 4 körpünü tamamilə dağıdıb, 3 avtomobili kənddən keçən çay sularının axınına salaraq aparıb. 

Rayon Fövqəladə Hallar Komissiyası leysan, dolu və subasmanın vurduğu ziyanların aidiyyəti qurumlarla birgə vaxtında aradan qaldırılması istiqamətində tədbirlər görülməsi üçün Nazirlər Kabinetinə müraciət edib. 

“Azərİşıq” ASC elektriklə bağlı ərazidə yaranmış problemləri qısa müddət ərzində tam aradan qaldırıb. 

Hazırda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Çanaqçı kəndində 1 ədəd körpünün tikintisi işlərini davam etdirir. Lakin Alaxançallı kəndinin yol və körpüləri hələ də bərpa olunmamış qalır. Bu da Alaxançallı kənd sakinlərinin narazılığına səbəb olub. 

Çanaqçı, Alaxançallı, Suqovuşan və Almalı kəndlərində fərdi yaşayış evlərinə, evlərin dam örtüklərinə, o cümlədən sosial obyektlərə dəymiş ziyanların qiymətləndirilməsi və hesablanması məqsədilə iyunun 29-da Fövqəladə Hallar Nazirliyinin əməkdaşı Daşkəsən rayonunda təbii fəlakət baş vermiş kəndlərə vizual baxış keçirib. Dağıdıcı gücə malik təbii fəlakətdən ziyan çəkmiş sakinlərin hər birinin fərdi yaşayış evlərinə baş çəkilərək yerində akt tərtib olunub. 

Məqsəd Rəhimov, Bizim.Media - Qərb Bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO