Gəncə Meksikanın Toluka-de-Lerdo  şəhəri ilə qardaşlaşa bilər - FOTO

Gəncə Meksikanın Toluka-de-Lerdo  şəhəri ilə qardaşlaşa bilər - FOTO

Hazırda oxunan: Gəncə Meksikanın Toluka-de-Lerdo  şəhəri ilə qardaşlaşa bilər - FOTO

81585

Meksikanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Rodriqo Labardini Gəncə şəhərinə səfər edib. Səfər çərçivəsində diplomat Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovla görüşüb. 

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, görüşdə şəhər rəhbəri Gəncənin zəngin tarixindən bəhs edib, şəhərin mədəniyyət, elm, təhsil  və digər sahələrdə baş verən inkişafından danışıb. 

Niyazi Bayramov bildirib ki, bugünkü görüş Meksika ilə Gəncə şəhəri arasında əməkdaşlığın daha da möhkəmlənməsinə töhfə verəcəkdir.
Meksikanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Rodriqo Labardini Niyazi Bayramovu salamlayaraq səmimi münasibətə görə öz təşəkkürünü bildirib. Gəncəyə sayca 3-cü səfəri olduğunu vurğulayan Rodriqo Labardini, əsas məqsədinin ikitərəfli əməkdaşlığın genişləndirilməsi olduğunu qeyd edib. 

Diplomat əsasən iqtisadiyyat, turizm, elm, mədəniyyət, təhsil və digər sahələrdə mövcud olan əlaqələrin inkişafının daha da möhkəmlənməsinin önəmindən bəhs edib. Gəncə şəhəri ilə Meksikanın Toluka-de-Lerdo  şəhəri arasında qardaşlıq əlaqələrinin qurulmasının vacibliyini vurğulayan səfir, hər iki şəhərin yüksək sənaye potensialına malik olduğunu deyib. 

Bununla yanaşı, görüşdə mədəni əlaqələrin genişləndirilməsi istiqamətində atıla biləcək addımlar da müzakirə olunub. 

Görüşdən sonra səfir Ermənistan silahlı qüvvəlləri tərəfindən raket atəşinə məruz qalmış ərazini ziyarət edib. Səfirə məlumat verilib ki, Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini pozaraq Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutub.

Ermənistan silahlı qüvvələrinin Gəncədə törətdiyi hərbi cinayəti nəticəsində aralarında uşaq, qadın və yaşlıların da olduğu 26 nəfər həlak olub, 142 nəfər yaralanıb, çoxsaylı mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.
Rodriqo Labarqini burada həlak olanların xatirəsinə ehtiram əlaməti olaraq əraziyə gül dəstələri düzüb.

Qeyd edək ki, diplomat səfər çərçivəsində Gəncədə fəaliyyət göstərən sənaye müəssisələrini və şəhərin tarixi məknalarını ziyarət edib.

Məqsəd Rəhimov, Bizim.Media - Qərb Bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO