Bizim.Media-nın əməkdaşı yubileyini Şuşada qeyd etdi - FOTO

Bizim.Media-nın əməkdaşı yubileyini Şuşada qeyd etdi - FOTO

Hazırda oxunan: Bizim.Media-nın əməkdaşı yubileyini Şuşada qeyd etdi - FOTO

81564

Bu gün tanınmış yazıçı-jurnalist Babək Göyüşün doğum günüdür.

Bizim.Media xəbər verir ki, 30 ildən çoxdur Azərbaycan mətbuatına xidmət edən B.Göyüş üçün bu günü daha əlamətdar olub. Belə ki, o, 65 yaşını işğaldan azad edilən Şuşa şəhərində qeyd edib.

Xatırladaq ki, Azərbaycan Yazıçılar Birliyi və Azərbaycan Jurnalistlər Birliyinin üzvü olan B.Göyüş 1990-cı ildən Azərbaycanın müxtəlif qəzetlərində müxbir, məsul katib, parlament müxbiri və redaktor vəzifələrində işləyib. 1998-ci ildən 2009-cu ilin may ayınadək AzTV-nin Beynəlxalq Əlaqələr və Gənclik redaksiyalarında redaktor kimi yaradıcılıq fəaliyyətini davam etdirib və xarici ölkələrdə (Almaniya, İsveçrə, Rusiya, Ukrayna, Qazaxıstan, Gürcüstan) yaşayan Azərbaycan diasporunun formalaşmasında və inkişafında böyük əməyi olub. 

O, yüzlərlə verilişlərin, tok şouların və reportajların müəllifidir. Eyni zamanda 3 il Türkiyənin NTV telekanalının Baki ofisində redaktor vəzifəsində işləyib. 
Hazırda Bizim.Media saytında redaktor vəzifəsində çalışır, Qaraqoyunlu.com xəbər portalının baş redaktorudur.

Bizim.Media-nın rəhbərliyi başda olmaqla, kollektivimiz adından onu təbrik edir, gələcək işlərində uğurlar arzulayırıq.

Bizim.Media





© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO