9 yaşayış məntəqəsini birləşdirən yeni yol - FOTO 

9 yaşayış məntəqəsini birləşdirən yeni yol - FOTO 

Hazırda oxunan: 9 yaşayış məntəqəsini birləşdirən yeni yol - FOTO 

81481

Yeddi min nəfər əhalinin yaşadığı 9 yaşayış məntəqəsini birləşdirən Daşkəsən–Xoşbulaq–Astaf avtomobil yolu yenidən qurulur.  

Bu məlumatı Bizim.Media-nın yerli bürosuna Daşkəsən RİHBA-nın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Elmar Əliyev – Vüqarlı verib.

Onun sözlərinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 23 iyul 2021-ci il tarixli sərəncamı əsasında yenidən qurulan yolun uzunluğu 31 km-dir.

“Yolun 11 km hissəsi köhnə yararsız asfalt, 20 km hissəsi torpaq yoldan ibarət idi. Bu da vətəndaşların rahat gediş-gəlişinə tamamilə çətinlik yaradırdı. Görülmüş işlər nəticəsində yolun 5 km-lik hissəsinə artıq 2 qat asfalt-beton örtüyü salınıb. 8 km-lik hissədə asfalt örtüyünün alt layının döşənməsi işləri icra olunur.
Yolun altından suların ötürülməsini təmin etmək məqsədilə zəruri yerlərdə 68 ədəd suötürücü borunun quraşdırılması işləri başa çatdırılıb. Layihə çərçivəsində yolun 25-ci kilometrində yerləşən mövcud bir aşırımlı 2 ədəd avtomobil körpüsünün də bərpası nəzərdə tutulub” deyə icra hakimiyyətinin rəsmisi əlavə edib.  

Elmar Əliyev- Vüqarlı bildirib ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən hazırda IV texniki dərəcəli 2 hərəkət zolaqlı olmaqla təkmilləşdirilən yolun yenidən qurulması işləri geniş vüsətlə aparılır.

Tikinti layihəsinə uyğun olaraq yolboyu torpaq işləri görülür, yol yatağı və yol əsası inşa edilir, yolun 4.2 km-lik hissəsində dördbucaqlı su keçidi tikilir.  

Tikinti işlərinin sonuncu mərhələsində yol nişanları və məlumatverici lövhələrin, siqnal dirəkləri və dayanacaqların quraşdırılması, yolun üfüqi nişanlanma xətlərinin çəkilməsi aparılacaqdır.
Yeni yolun çəkilməsi ilə yolboyu 9 yaşayış məntəqəsində yaşayan 7 mindən çox rayon sakinin həyat şəraiti yaxşılaşacaq, kənd təsərrüfatının ayrı-ayrı sektorları inkişaf edəcək, turizm üçün geniş imkanlar yaranacaq, yük və sərnişin daşınması asanlaşacaq.  

Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO