Zaqatalada güclü sel - Evlər su altında qaldı - FOTO 

Zaqatalada güclü sel - Evlər su altında qaldı - FOTO 

Hazırda oxunan: Zaqatalada güclü sel - Evlər su altında qaldı - FOTO 

81457

Zaqatala rayonunda sel kəndlərə ziyan vurub. 

Bizim.Media xəbər verir ki, bu gün səhər saatlarından yağan güclü yağış Zaqatala rayonunda bir sıra fəsadlara yol açıb. 

Report-un məlumatına görə, rayonun Muxax kəndindən axan Muxax çayının daşması nəticəsində kənddə yaşayış evlərinin həyətlərinə su dolub.

Küləklə müşahidə olunan güclü yağış nəticəsində bəzi tikililərin dam örtüyü uçub, iri gövdəli ağacların aşması nəticəsində elektrik naqilləri qırılıb. Nəticədə kəndə elektrik enerjisinin verilməsi dayandırılıb. 

Hazırda Zaqatala rayonunda güclü yağış davam edir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO