Nazirlikdən xaricdə təhsil ala bilməyən imkansız tələbə ilə bağlı QƏRAR

Nazirlikdən xaricdə təhsil ala bilməyən imkansız tələbə ilə bağlı QƏRAR

Hazırda oxunan: Nazirlikdən xaricdə təhsil ala bilməyən imkansız tələbə ilə bağlı QƏRAR

81447

Orta təhsilin 11-ci sinfini ABŞ Səfirliyi tərəfindən həyata keçirilən “Gələcəyin Liderləri  Mübadilə Programını  (FLEX)” qazanaraq  Amerikada tamamlayan Ranal Qurbanov hazırda maddi ehtiyaclar səbəbindən xaricdə Ali Təhsil ala bilmir.

Bizim.Media-ya mövzu ilə bağlı verdiyi açıqlamada Ranal Qurbanov söyləyib ki, 2019-cu ildə Respublika Fənn Olimpiadasında bürünc medal, 2021-ci ildə Qızıl medal və Birincilərin Birincisi” mükafatını qazanıb.

2020-ci ildə 31-ci Beynəlxalq Biologiya Olimpiadasında gümüş medal, 2021-ci ildə isə Qızıl medal qazanmasına baxmayaraq o, hazırda xaricdə təhsil almaq arzusunu reallaşdıra bilmir.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanlı gənc 6 nüfuzlu universitetə qəbul oldu – SİYAHI - FOTO 


“Bununla əlaqədar ilkin olaraq xaricdə təhsillə bağlı dövlət proqramına müraciət etdim və cavab gəldi ki, mənim seçdiyim tibb ixtisası ora daxil deyil. Daha sonra  sosial tibb üzrə qatılmaq istəsəm də, söylədilər ki, bu da mümkün deyil”.

Anasının saç ustası, atasının isə aşpaz işlədiyini söyləyən Ranal Qurbanov bildirib ki, ailənin maddi imkanları xaricdə təhsil almasına imkan yetmədiyi üçün keçən il Türkiyənin nüfuzlu tibb təhsili üzrə ixtisaslaşmış “Qazi”, “Acibadem”, “Koç” Universitetlərinin tibb fakultələrinə təhsilindəki nəaliyyətlərinə görə imtahansız qəbul alsa da, ötən il qeydiyyatdan keçsə də universitet təhsilini dondurmağa məcbur olub.

Bir il keçməsinə baxmayaraq, hələ də, lazım olan məbləği toplaya bilməyən gənc çıxış yolunu sosial şəbəkələr vasitəsilə insanlara müraciət etməkdə görüb:

“Bir il ərzində qəbul aldığım Universitetləri incələdim və onlardan ən az ödənişi olan “Qazi” Universitetidir ki, il ərzində Azərbaycandan cəmi iki nəfəri qəbul edirlər və onlardan da, biri mənəm.

Xaricdə təhsil almaqdan ümüdümü üzməmək üçün mənə kart açaraq soaial şəbəkə vasitəsilə insanlara müraciət etmək lazım olduğunu bildirdilər. Məndə məcburən bunu etdim. Bir gün öncəyə qədər kartıma 350 manat pul yığılıb, amma “Qazi” Universitetinin illik ödənişi 6000 manatdır”.
Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehoğlu Bizim.Media-ya verdiyi açıqlamada problemdən xəbərdar olduğunu bildirərək “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramına tibb ixtisasının daxil olmadığı faktını təsdiqləyib: 

“Azərbaycanda özəl qurumların və bəzi şirkətlərin tələbələrin xaricdə təhsili üzrə təqaüd proqlamları olsa da, Təhsil Nazirliyi bu proqramlar üzrə heç bir rezident funksiya yerinə yetirmir və belə bir öhtəliyi  yoxdur, lakin mövzu ilə bağlı araşdırma aparılır. Nəticə hazır olduğu zaman geniş ictimayyətə nazirlik tərəfindən məlumat veriləcək”.

Leyla Şah, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO