“Sabunçuda məktəb binası yanır, xəsarət alan yoxdur” - YENİLƏNİB 

“Sabunçuda məktəb binası yanır, xəsarət alan yoxdur” - YENİLƏNİB 

Hazırda oxunan: “Sabunçuda məktəb binası yanır, xəsarət alan yoxdur” - YENİLƏNİB 

81373

“İyunun 28-də təxminən saat 16:30 radələrində Bakı şəhəri Sabunçu rayonu 68 nömrəli tam orta məktəbdə naməlum səbəbdən yanğın baş verib”. 

Bakı Şəhər Təhsil İdarəsinin mətbuat katibi Bəşarət Məmmədov Sabunçuda çəktəb binasının yanması ilə bağlı açıqlamasında bildirib.  

O qeyd edib ki, yanğının məktəbin əsas tədris binasının 2-ci mərtəbəsində olduğu bildirilir:

“Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri cəlb olunub. Hazırda yanğına müdaxilə prosesi davam edir. Məktəb rəhbərliyinin məlumatına əsasən xəsarət alan yoxdur”. 

***

Bakının Sabunçu rayonu, Sabunçu qəsəbəsində orta məktəb binasında yanğın başlayıb. 

Bizim.Media Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, "112" qaynar telefon xəttinə Sabunçu qəsəbəsində orta məktəb binasında yanğın olması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO