“Instagram music” Azərbaycanda niyə aktivləşdirilmir?

“Instagram music” Azərbaycanda niyə aktivləşdirilmir?

Hazırda oxunan: “Instagram music” Azərbaycanda niyə aktivləşdirilmir?

81354

Son 1 həftə ərzində dünyaca məşhur “Instagram” sosial şəbəkə platforması kütləvi şəkildə Azərbaycan da daxil olmaqla Afrika, Mərkəzi Amerika və bir sıra inkişaf etmiş ölkədələrdə də musiqili videoları yayımdan qaldıraraq bloklayır.  

Buna səbəb kimi videolarda istifadə edilən musiqilərin müəllif hüquqlarının pozulması göstərilir.

Bizim.Media xəbər verir ki, “Instagram” əhlinin narazıçılığına texnobloqer Fərid Pərdəşünas sosial şəbəkə hesabında aydınlıq gətirib.

O, videolara əlavə edilən musiqilərin yalnız məhdud sayda ölkələr üçün tədbiq olunduğunu açıqlayıb. 

"İlk öncə biz bilməliyik ki, “Instagram”da yalnız müəlliflik hüququ özümüzə məxsus olan video və fotolar paylaşa bilərik. Bu cür görüntülərdə başqasına məxsus olan bir musiqi parçasını istifadə etmək, birbaşa müəlliflik hüququnun pozulmasıdır. “Instagram” isə bunu yalnız məhdud ölkələrdə tətbiq edir. Bunun səbəbi isə əslində sadədir. İlk olaraq videolarda musiqilərin istifadəsi ilə bağlı “Instagram” 2020-ci ilin 20 May tarixində yeni qaydalar toplusu qəbul edib. Bu qaydalar ilə “İnstagram”ın rəsmi saytından tanış ola bilərsiniz. 

Beləki “Instagram”ın “Instagram music” adlanan musiqi servisi yalnız onların partnyorlarının olduğu ölkələrdə aktivdir. Bu servis vasitəsilə “Instagram” insanlara musiqilərdən istifadə imkanını yaradır. Lakin bu servis bizim ölkədə aktiv deyil.

Əlavə olaraq musiqilərdən videolarda istifadəyə o ölkələrdə icazə verilir ki, “Instagram”ın həmin ölkədə müəllif hüquqlarını qoruyan partnyor şirkəti olsun.

“Instagram” belə şirkətləri "rights holders" adlandırır. Yeni qaydalara görə hətta siz musiqidən istifadə edən zaman, müəllifin adını, kanalını işarələyib, ona keçid versəniz belə bloklana bilərsiniz. “Instagram” yalnız rəsmi icazə ilə, musiqilərin müəllif hüquqları tam qorunduqda belə videoların yayılmasına imkan verir. Bunu isə təyin etmək üçün Instagram "rights holders"lər ilə əməkdaşlıq etməlidir. 

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO