10 ildən sonra “mental dəyər” deyə bir şey qalmayacaq – Psixoloqdan QALMAQALLI AÇIQLAMA

10 ildən sonra “mental dəyər” deyə bir şey qalmayacaq – Psixoloqdan QALMAQALLI AÇIQLAMA

Hazırda oxunan: 10 ildən sonra “mental dəyər” deyə bir şey qalmayacaq – Psixoloqdan QALMAQALLI AÇIQLAMA

81274

Qaynana-gəlin münasibətlərini bəzən dünyanın ən uzun sürən münaqişəsi adlandırırlar. Və nə yazıq ki, bu günümüzdə də bu münaqişə davam edir. Ən pisi də odur ki, bu münaqişədə kimin haqlı, kimin haqsız olduğunu müəyyən etmək çox çətindir. Amma mental dəyərlərimizə söykənərək bir çox hallarda qaynananı günakar çıxarırıq. Yəni ki, qaynana böyükdür, kiçiyi(gəlini) yola verməlidir.

Lakin qaynanın haqlı çıxaranlar da az deyil. Bir çoxları düşünür ki, ana öz oğlunu təbii ki, hamıdan yaxşı tanıyır.

Oğlunun nəyi sevib-sevmədiyini hamıdan yaxşı bilir. Ona görə də qaynana istər-istəməz gəlinə təzyiq edir. İstəyir ki, hər şey oğlunun ürəyincə olsun. Gəlinsə bunu çox zaman düzgün başa düşmür. Bunu təzyiq və müdaxilə kimi qəbul edir. Sonda bu da ailədə söz-söhbətə səbəb olur.

Tanınmış psixoloq Gülnar Orucova məsələ ilə bağlı Bizim.Media ilə söhbətində bildirib ki, “Ana oğlunu heç kimlə bölüşmək istəmir. Ən yaxşı halda gəlinin də onun oğlunu onu qədər sevməsini və diqqət etməsini arzulayır.
 

MÖVZU İLƏ BAĞLI:

“Bomjların əksəriyyəti imkanlı ailələrin uşaqlarıdır” – Psixoloqdan QALMAQALLI AÇIQLAMA 


Bəzi qaynanalar bəzən oğluna da təzyiq edir ki, “həyat yoldaşın da səni məni qədər sevsin”. Bax, problem də bu zaman yaranır”.

Gülnar xanımın fikirincə bu məsələdə gəlinlər də günahkardır. Ona görə ki, sevdiyi adamı bütün nöqsanları ilə sevməlidir. Lap o nöqsan qaynana olsa belə. “Düşünürəm ki, yeni qurulmuş ailə ilk gündən ayrı yaşamalıdır. Onların müstəqilliyinə şərait yaradılmalıdır. Yox əgər, ana oğlunu və gəlinini daima nəzarətdə saxlamaq istəyirsə bu alınmayacaq. Çünki, dövr dəyişib. Necə ki, əvvəllər gəlinlər yemək bişirməyi qaynanadan öyrənirdi, indi isə internetdən öyrənir. Eləcə də gəlin ailənin idarə olunması qayda və qanunlarını bu gün böyüklərdən deyil daha çox sosial şəbəkələrdən əxz eləyir. Ona görə də bütün gəlinlər müstəqilliyə can atır.

Övlad ana-atanın şah əsəridir. Bu əsər cəmiyyət tərəfindən necə qəbul olunması üçünsə platforma lazımdır. Bu platforma isə müstəqillikdir. Gənc ailəyə verilən müstəqillik qısa zamanda özünün zəif və güclü tərəflərini göstərir. Bax, ailəyə qaynana və qaynata müdaxiləsi məhz o zaman lazımdır. Tələsik və yersiz müdaxilə gənc ailənin bəzən əsaslarını sarsıdır. Hər bir valideyn istəyir ki, böyütdüyü ağacın meyvəsini görsün. Meyvə istəyən qaynana və qaynata isə ağacları diqqətlə becərməlidir”- deyə psixoloq əlavə edib.

10 ildən sonra “mental dəyər” deyə bir şey qalmayacaq    

Gülnar Orucova sonda təəssüflə bildirib ki, “qaynana - gəlin münasibətlərindəki problemlər çox zaman mental dəyərlərimizdən qaynaqlanır. Amma mən əminliklə deyə bilərəm ki, 10 ildən sonra “mental dəyər” deyə bir şey qalmayaqcaq. Bu qədər ki, xəyanətlər olur, LGBT baş alıb gedir və qadının və kişinin ailədə yeri itir. Deməli mental dəyərlərin sonu çatıb. Yaxın gələcəkdə ağsaqqal və ağbirçək sözü bəlkə də leksikonumuzdan çıxacaq. Artıq onlar ailədəki statuslarını itiriblər. Onların sözünü heç kim eşitmir”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO