Şuşa, Ağdam və Füzuliyə bilet almaqda çətinlik yaranıb? – RƏSMİ CAVAB

Şuşa, Ağdam və Füzuliyə bilet almaqda çətinlik yaranıb? – RƏSMİ CAVAB

Hazırda oxunan: Şuşa, Ağdam və Füzuliyə bilet almaqda çətinlik yaranıb? – RƏSMİ CAVAB

81196

Bu gün işğaldan azad edilmiş ərazilərə müəyyən olunmuş marşrutlar üzrə www.yolumuzqarabaga.az portalında biletlər satışa çıxarıldıqdan bir müddət sonra bir neçə qurum arasında məlumat mübadiləsi zamanı texniki problem yaranıb.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti yayıb və portalda yaranan problemə münasibət bildirib. 

"Qısa zaman ərzində texniki problem aradan qaldırılıb. Hazırda www.yolumuzqarabaga.az portalın işi bərpa edilib. Vətəndaşlar tərəfindən bilet alışı adi qaydada davam edir", - məlumatda deyilir.

Bildirilir ki, təhlükəsizliyin təmin edilməsi, işğaldan azad edilmiş ərazilərə giriş icazəsinin bilet alışı prosesi ilə sinxronlaşdırılması, güzəşt tətbiq ediləcək şəxslərin müəyyənləşməsi üçün onlayn bilet satışı portalı müvafiq informasiya sistemlərinə inteqrasiya edilib.
Xatırladaq ki, işğaldan azad edilmiş ərazilərə müəyyən olunmuş marşrutlar üzrə bilet satışı www.yolumuzqarabaga.az portalı üzərindən onlayn qaydada həyata keçirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO