Xaçmaz icra başçısından 93 yaşlı sakinə JEST - FOTO

Xaçmaz icra başçısından 93 yaşlı sakinə JEST - FOTO

Hazırda oxunan: Xaçmaz icra başçısından 93 yaşlı sakinə JEST - FOTO

81184

Xaçmaz Rayon icra başçısı Elnur Rzayev Alıcqışlaq kəndinin 93 yaşlı sakini Əhməd Musayevin doğum gününə qatılıb.  

Bu ilin mart ayında sözügedən kənddə səyyar qəbul zamanı Əhməd Musayev icra başçısına yaxınlaşaraq onu öz doğum gününə dəvət etmişdi. 93 yaşlı sakinin istəyinii unutmayan icra başçısı bu gün ağsaqqala jest edib və onu evində ziyarət edib.

Rayon rəhbərini həyətindəki  gilas meyvəsinin dadına baxmağa dəvət edən Əhməd Mustafayev diqqətə görə təşəkkür edib.
İcra başçısı ağsaqqalla doğum günü tortunu kəsərək ona sağlamlıq arzulayıb.

Çay süfrəsi arxasında baş tutan səmimi söhbətdən sonra Əhməd Mustafayevə xatirə hədiyyələri təqdim edilib.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO