Daha bir yol qəzası Cənubda baş verib - İki nəfər yaralanıb

Daha bir yol qəzası Cənubda baş verib - İki nəfər yaralanıb

Hazırda oxunan: Daha bir yol qəzası Cənubda baş verib - İki nəfər yaralanıb

81135

Cəlilabad rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. 

Bizim.Media-nın Cənub bürosu xəbər verir ki, hadisə köhnə Ələt-Astara yolunun Cəlilabadın Qarazəncir kəndindən  keçən hissəsində qeydə alınıb. 

Qəza zamanı "Mercedes" və "VAZ 2109" markalı minik avtomobilləri toqquşub. 

Qəza nəticəsində Qarazəncir kənd sakinləri - 1975-ci il təvəllüdlü Xakidə Həsənova və 1971-ci il təvəllüdlü Həzi Muradov yaralanıb.

Onlar rayon xəstəxanasına aparılıb. 

Faktla bağlı araşdırma aparılır.

Elşən Feyzullayev, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO