"Bu dəfə də 15 və 16 yaşlı yeniyetmə qızların ailəsi tərəfindən ərə verilməsinə mane olunub”.
Bizim.Media xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Teymur Mərdanoğlu məlumat verib.
“Övladlarına təhsil əvəzinə, evləndirməyi üstün tutan, bu dəfə Goranboy rayon sakinləri olublar. Dövlət Komitəsi tərəfindən faktın dərhal araşdırılması üçün Goranboy Rayon İcra Hakimiyyətinin, YYÇİHMK-ya həmçinin rayon Polis şöbəsinə və rayon UADM-nə təcili olaraq məlumat verilib. Dərhal onlarda ailəyə səfər edərək faktın doğruluğunu araşdırıblar. Məlum olub ki, hələ toyun nə olduğunu tam dərk etməyən 15 yaşlı uşağı ailəsi evləndirməyə hazırlaşırmış”.
T. Mərdanoğlu qeyd edib ki, bu gün xına mərasiminə hazırlaşan ailə, 27 iyulda da, toy edəcəkmiş.
Komitə rəsmisi sözlərinə əlavə edib ki, ikinci erkən nikah da elə, həmin rayonun digər bir kəndində baş tutacaqmış:
“Rayon İH-nin əməkdaşları ilə birlikdə ailəyə səfər edən qrum rəsmləri, toya hazırlıq işlərinin aparıldığının şahidi olublar. Dərhal azyaşlının özü və ailəsi ilə fərdi söhbət aparılıb və toyun qarşısı alınıb".
Qurum tərəfindən hər iki ailə və onların oğlan tərəfi ilə də söhbətlər aparılıb.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
20:49 / 25.06.2022
Goranboyda iki erkən nikahın qarşısı alındı - KOMİTƏDƏN AÇIQLAMA
Hazırda oxunan: Goranboyda iki erkən nikahın qarşısı alındı - KOMİTƏDƏN AÇIQLAMA
Hazırda oxunan: Goranboyda iki erkən nikahın qarşısı alındı - KOMİTƏDƏN AÇIQLAMA
80989
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.