Niderlandda mühacirətdə olan beynəlxalq hüquq üzrə mütəxəssis Ataxan Əbilov maraqlı replika ilə çıxış edib:
(Replika)
Miyankü Masallı rayonunda kənd ərazi vahidi olmaqla bərabər, həm də mövcüd bələdiyyələrdən biridir. Miyankü bələdiyyəsinə hazırda 3 kənd: Miyankü, Kubın və Nəzəroba kəndləri daxildir.
AR Konstitusiyasının 142-ci maddəsinə görə "yerli özünüidarəni bələdiyyələr həyata keçirir" və "bələdiyyələr seçkilər əsasında yaradılır". Yəni Əsas Qanunun sitat gətirilən maddəsinin mətnindən belə anlama gəlinir ki, Miyankü, Kubın və Nəzəroba kəndlərində yerli özünüidarəni bələdiyyə həyata keçirir və bu orqan bu kəndlərdə yaşayan seçicilər tərəfindən yaradılır. AR Seçki Məcəlləsinin 211.1 maddəsinə görə "bələdiyyələrin səlahiyyət müddəti 5 ildir".
Məlumdur ki, axırıncı bələdiyyə seçkiləri 23 dekabr 2014-cü ildə keçirilib. İstər ölkə Konstitusiyasına görə, istərsə də Seçki Məcəlləsinə görə bu üç kənd birləşib 23 dekabr 2014-cü ildə özünə bələdiyyə seçməli idi. Onu da deyim ki, bu üç kənddə təxminən 1000 nəfərə qədər seçici yaşayır. AR Seçki Məcəlləsinin 210.2.2 maddəsinə görə "əhalisi 500-dən 999-dək olan ərazilərdə 7 bələdiyyə üzvü" seçilməlidir.
Bələdiyyə ictimai orqandır və o nəinki hər bir seçicisinə, eyni zamanda bütün digər vətəndaşlara açıq olmalıdır. Qeyd edilənlərdən irəli gələrək aşağıdakı məsələləri bilmək mənim üçün önəmlidir:
1) Kəndimizdə bələdiyyə varmı?
2) Əgər varsa, bələdiyyə üzvləri kimlərdir?
3) Bələdiyyəmizin sədri kimdir?
4) Bələdiyyə üzvləri kənd tərəfindən seçilib, yoxsa onlar təyin ediliblər?
5) Əgər bələdiyyə təyin edilibsə, kim tərəfindən təyin edilib?
6) Kənd əhalisinin nə qədər hissəsi kənd bələdiyyə sədrinin kimliyindən xəbərdardır?
Bu sallara cavab axtarışındayam...
P.S. Bələdiyyə dövlət orqanı deyil, AR Konstitusiyasında deyildiyi kimi kəndin ictimai özünüidarə orqanıdır. Əslində belə bir orqan kəndin ağsaqqalar şurası statusundadır...































































































