Qusarda yoldan çıxan maşın ağır qəza törətdi – Yaralananlar var 

Qusarda yoldan çıxan maşın ağır qəza törətdi – Yaralananlar var 

Hazırda oxunan: Qusarda yoldan çıxan maşın ağır qəza törətdi – Yaralananlar var 

80942

Qusar rayonunda yol qəzası baş verib, 5 nəfər xəsarət alıb. 

Bizim.Media xəbər verir ki, hadisə Quba-Qusar avtomobil yolunun Xucbala kəndindən keçən hissəsində qeydə alınıb. 

“Report.az”ın məlumatına görə, "Mercedes" markalı minik avtomobili yol kənarında maşın təmiri ilə məşğul olan şəxsləri vurub.  

Nəticədə Zaqatala rayon sakini, 1994-cü il təvəllüdlü Rüstəm Elman oğlu Əliyev, Quba rayon sakinləri - 1990-cı il təvəllüdlü Araz Kərim oğlu Şıxəliyev, 1971-ci il təvəllüdlü İlqar Lətifulla oğlu Quliyev, 1994-cü il təvəllüdlü Xanbaba Agahüseyn oğlu İsmayılov və 1999-cu il təvəllüdlü Xəyal İlqar oğlu Quliyev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralıların hamısı Qusar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. 

Faktla bağlı araşdırma aparılır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO