Sabiq MTN polkovnikinə hökm oxundu

Sabiq MTN polkovnikinə hökm oxundu

Hazırda oxunan: Sabiq MTN polkovnikinə hökm oxundu

80836

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Qusar, Kürdəmir rayonlarının sabiq rəisi, polkovniki, sonradan isə Lənkəran Dövlət Universitetinin prorektoru olmuş Bahadır Qocayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. 

Bizim.Media xəbər verir ki, hakim İradə Həsənzadənin sədriliyi ilə baş tutan prosesdə hökm elan edilib. Bahadır Qocayev 5 il 6 ay müddətinə azadlıqdan mərhum edilib.  

İstintaq orqanı tərəfindən Bahadır Qocayevin barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsilə təqsirli bilinən sabiq prorektor həbs edilib.  
İttihama görə, ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin vəzifəli şəxsi 70 min manatdan çox pulu mənimsəməkdə ittiham edilib.  

Məhkəmədə son söz deyən Bahadır Üocayev bildirib ki, barəndə verilən ittiham yalandır:

"Mənə bu iddianı irəli sürənlər özləri dələduzluq cinayətinə görə, məhkum olunub. Bu gün də həmin mülk məsələsi ilə bağlı məhkəmə müstəvisində araşdırma gedir. Bu işlərin arxasında Muradov Rafiq adlı şəxs dayanır. Onun barəsində də dələduzluqla bağlı məhkəmədə araşdırması gedir. İstəmirəm o evi, tövbə etdim, bir də istəməyəcəm, lazım deyil, gedib Biləsuvardakı ata evimdə oturaram, məni burdan buraxın”.  

Qeyd edək ki, Bahadır Qocayev keçmiş nazir Eldar Mahmudov işdən çıxarıldıqdan və "MTN işi" ilə bağlı araşdırmalar başladıqdan sonra təhlükəsizlik strukturundan çıxarılıb. 2016-cı ildə Lənkəran Dövlət Universitetinin Ümumi işlər üzrə prorektoru təyin edilib və bir müddət sonra bu vəzifəsindən də azad edilib.  

Eldar Məmmədli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO