Yol nişanları qəsdən ağacların arasında gizlədilir? – QURUMUN CAVABI

Yol nişanları qəsdən ağacların arasında gizlədilir? – QURUMUN CAVABI

Hazırda oxunan: Yol nişanları qəsdən ağacların arasında gizlədilir? – QURUMUN CAVABI

80813

Son vaxtlarda sosial şəbəkələrdə bir məsələ ciddi müzakirə obyektinə çevrilib. Sosial şəbəkə istifadəçiləri qeyd edirlər ki, avtomobil yollarının kənarındakı yol hərəkətini tənzimləyən nişanlar bilərəkdən və yaxud təsadüfdən ağacların arasında gizlədilir. Hətta bir sosial şəbəkə istifadəçisi iddia edir ki, yol nişanının üzəri əşya ilə qəsdən örtülür ki, “sürücülər yol hərəkətini qaydasını pozsunlar və heç nədən cərimələnsinlər”. 

Məsələ ilə bağlı Bizim.Media Bakı şəhər DYPİ ilə əlaqə saxlayıb.
 

MÖVZU İLƏ BAĞLI:

BNA-dan yol nişanları ilə bağlı AÇIQLAMA


Qurumun sözçüsü, polis mayoru  Araz Əsgərli bildirib ki, “bu məsələ zaman-zaman gündəmə gətirilir. Və bu məsələdə DYP-ni günahlandırmaq doğru deyil.

Çünki, yol kənarındakı yol hərəkətini tənzimləyən nişanları BNA quraşdırır. DYP isə yalnız quraşdırılmış nişanlara riayət olunmasına nəzarət edir”.

Baş inspektor əlavə edib ki, “bəzən  olur ki, böyüyən ağaclar yol nişanlarının üzərini örtür. Belə hallar aşkarlananda belə biz məsələyə birbaşa müdaxilə edə bilmirik. Müvafiq qaydada Paytaxtın Yaşıllaşdırma Departamentinə müraciət edirik ki, nişan üzərini örtən ağacın budaqları kəsilsin.

Bir sözlə DYP-nin yol nişanlarının yerini dəyişdirməyə və yaxud nişanın üzərini örtən ağacları kəsməyə ixtiyarı yoxdur”.

Polis mayoru sonda sürücülərə müraciətlə bildirib ki, “Yaxşı olar ki, belə faktlar aşkarlayanda bizə müraciət olunsun. Biz də müvafiq qurumların köməkliyi ilə qısa zamanda problemi yoluna qoyaq”. 

Məsələ ilə bağlı BNA-nın da mövqeyini öyrənmək istədik, lakin qurumun sözcüsü Mais Ağayev telefon zənglərimizə cavab vermədi.

Mövzunun aktuallığını nəzərə alıb diqqətdə saxlayacağıq.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO