SMS-spamlara qarşı mübarizə başlandı

SMS-spamlara qarşı mübarizə başlandı

Hazırda oxunan: SMS-spamlara qarşı mübarizə başlandı

80687
Azərbaycanın mobil rabitə operatoru "Bakcell" MMC SMS-spamın bloka alınması servisini işə salır.   
Moderator.az-ın məlumatına görə, gələn həftə tətbiq ediləcək xidmət abonetlərin mobil telefonlarına istənilən reklam və informasiya xarakterli SMS-lərin daxil olmasının tam qarşısını almasını nəzərdə tutur.   Şirkətdən qeyd ediblər ki, "Bakcell" abonentləri özləri "ağ siyahı" formalaşdıraraq ora göndərişlərin gəlməsini istədikləri şirkət və bankların adlarını əlavə edə bilərlər. Bu məqsədlə abonentlər operatorun müəyyənləşdirdiyi 4 rəqəmli nömrəyə şirkət və ya bankın adını göstərməklə SMS göndərməlidirlər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO