Bakıda masaj salonunun sahibini oğurladılar, ərindən 30 min manat istədilər... 

Bakıda masaj salonunun sahibini oğurladılar, ərindən 30 min manat istədilər... 

Hazırda oxunan: Bakıda masaj salonunun sahibini oğurladılar, ərindən 30 min manat istədilər... 

80643

Bakıda adam oğurluğunda, oğurluq və quldurluq etməkdə təqsirli bilinən Vidadi Məlikov, Rəşad Hüseynov, Zamin Hüseynov, Şahnaz İbrahimova, Mirməhəmməd Qədirov və Elçin Babayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.  

Bizim.Media-nın əldə etdiyi məlumata görə, Vidadi Məlikov tanışları Zamin Hüseynov və Şahnaz İbrahimova ilə cinayət əlaqəsinə girib.  

Onlar 2021-ci ildə Abşeron Gənclər şəhərciyində yerləşən 9 saylı blokun qarşısına gəliblər.

Birlikdə binanın 8-ci mərtəbəsinə qalxaraq orada yaşayan qadının evinə basqın ediblər. Ümumilikdə qadının evindən 7.395 manat məbləğində pulunu aparıblar.  

Bundan başqa, onlar Babək prospektində yerləşən "Kəpəz" otelinin icarədarı, sahibkar Aysel Şamirovanı izləyiblər. Sahibkarı girov saxlamaq üçün Masazır kəndi, Atçılıq yaşayış massivində yerləşən fərdi yaşayış evini icarəyə götürüblər.  
Təqsirləndirilən şəxslərdən biri Şahnazı ev sahibinə arvadı kimi təqdim edib və evi icarəyə götürməyə nail olublar.  

Bundan sonra 2021-ci ilin yanvarın sonlarından başlayaraq Aysel Şamirova barəsində daha geniş məlumat əldə etmək məqsədilə təqsirləndirilən şəxslərdən biri “Kəpəz” masaj salonuna işçi adı ilə gedib. Orada Aysel haqqında geniş məlumatlar öyrənib.  

Ayselin işə, işdən evə gedib-gəlmə zamanını öyrəndikdən sonra onu oğurlamağı qərara alıblar.

Yolda Ayselin maşını saxlayıb, özlərini polis əməkdaşları kimi təqdim ediblər, onu Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət ediblər.  

Bundan imtina etdikdə isə ona zor tətbiq ediblər, "Kia Optima” markalı avtomobilə zorla mindirib, başına qara rəngli polietilen torba keçiriblər.  

Daha sonra onu Masazır kəndi, Atçılıq yaşayış massivində yerləşən evə gətririblər. Orada Ayselin həyat yoldaşı ilə telefon vasitəsi ilə danışıblar.  

Ona özlərini Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı kimi təqdim edib, Ayselin azad olunması müqabilində 30.000 manat pul tələb ediblər.  

Əks halda Ayselə qarşı əxlaqsız yuva saxlama ittihamı irəli sürüləcəyini bildiriblər. Onun həyat yoldaşı tərəfindən rədd cavabı aldıqdan sonra Ayselin əl çantasından yaşadığı evin giriş qapısının açarını gizli götürüblər.  
Təqsirləndirilən şəxslərdən ikisi Ayselin yanında qalıb, digərləri isə onun evinə yollanıblar.  

Dəstə üzvləri Ayselin mənzilinə gəliblər. Mənzildən 11 min manatdan çox qızıl-zinnət əşyası və pul oğurlayıblar.  

Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Hakim Səbuhi Hüseynovun sədrliyi ilə baş tutan iclasda hökm elan eidlib.  

Vidadi Məlikov 14 il, Rəşad Hüseynov və Zamin Hüseynov 11 il, Şahnaz İbrahimova 10 il, Mirməhəmməd Qədirov və Elçin Babayev isə 9 il müddətinə azadlıqdan məhrum ediliblər. 

Eldar Məmmədli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO