Hazırda paytaxtın bir sıra küçə və prospektlərində müşahidə olunan nəqliyyat sıxlıqları və tıxac müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət intervalında gecikmələrə səbəb olmaqdadır.
Bakı Nəqliyyat Agentliyindən (BNA) Bizim.Media-ya bildirilib ki, şəhər mərkəzi və ətraf qəsəbələri əhatə edən 20 əsas istiqamət üzrə müşahidə olunan nəqliyyat sıxlığı və tıxac səbəbindən 40-dan artıq müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət intervalından 10-15 dəqiqə və daha artıq gecikmələr yaranıb.
MÖVZU İLƏ BAĞLI:
Bu avtobuslar gecikmə ilə hərəkət edir
Məlumata görə, intervallardakı gecikmələr dayanacaq məntəqələrində sərnişinlərin uzunmüddətli sərnişin sıxlıqlarının yaranmasına səbəb olmaqdadır.
O cümlədən, Yusif Səfərov küçəsi - Heydər Əliyev prospekti istiqamətindəki sıxlıq səbəbdən də həmin ərazidən keçən 1, 2, 4, 10, 21, 30, 32, 46, 49 və 175 nömrəli müntəzəm marşrut xəttlərindəki avtobuslararası intervallarda 11-13 dəqiqə gecikmə müşahidə olunur.
Bizim.Media