Şuşaya səfər edənlərin sayı AÇIQLANDI

Şuşaya səfər edənlərin sayı AÇIQLANDI

Hazırda oxunan: Şuşaya səfər edənlərin sayı AÇIQLANDI

80450

Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) işğaldan azad olunmuş ərazilərə istifadəyə verdiyi müntəzəm avtobus marşrutları ilə indiyədək Şuşaya 5955 sərnişin səfər edib.

DANX-dan Bizim.Media-ya verilən məlumata görə, onlardan 3376 nəfər Bakı – Şuşa – Bakı, 2579 nəfər isə Əhmədbəyli – Şuşa – Əhmədbəyli reysi ilə gedib.

DANX-ın işğaldan azad olunmuş ərazilərə 24 yanvar 2022-ci ildən etibarən istifadəyə verdiyi müntəzəm avtobus marşrutları ilə bu günədək 200 reys həyata keçirilib, 8588 nəfər Şuşa və Ağdam şəhərlərini ziyarət edib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO