AMEA-nın keçmiş prezidenti vəfat etdi

AMEA-nın keçmiş prezidenti vəfat etdi

Hazırda oxunan: AMEA-nın keçmiş prezidenti vəfat etdi

80219

Azərbaycan alimi, fizika-riyaziyyat elmləri doktoru, akademik, 1983–1997-ci illərdə Azərbaycan Elmlər Akademiyasının (AMEA) prezidenti Eldar Salayev vəfat edib.

Bu barədə informasiyanı AMEA-nın Mətbuat Xidmətinin rəhbəri Azadə Balayeva Bizim.Media-ya bildirib.

Onun sözlərinə görə, akademik müalicə aldığı xəstəxanada ötən gecə 89 yaşında dünyasını dəyişib.

Xatırladaq ki, Eldar Salayev 1933-cü ildə dekabrın 31-də Naxçıvan şəhərində anadan olub.

1970–1973-cü illərdə Azərbaycan EA Fizika İnstitutunda elmi işlər üzrə direktor müavini, 1972-ci ildə Azərbaycan Dövlət mükafatı laureatı adını, 1975-ci ildə fizika-riyaziyyat elmləri doktoru alimlik dərəcəsini almışdır.

1979-cu ildən professordur. 1980-ci ildə EA-nın müxbir üzvü, 1983-cü ildə isə həqiqi üzvü seçilib. 1983–1997-ci illərdə Azərbaycan EA-nın Prezidenti seçilib.

Akademik S.İ.Vavilov adına, H.Z.Tağıyev adına, N.Nərimanov adına mükafatların laureatıdır. İslam Akademiyasının üzvüdür.

O, 1983–1997-ci illərdə Azərbaycan EA-nın prezidenti, Azərbaycan SSR Dövlət mükafatı laureatı (1972) olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO